FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub
13 May 2025, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
773
14.02.2025, 21:21
Fevralın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
OXU24.COM xəbər verir ki, Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini bildirib.
Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.
Bildirilib ki, 2024-cü il Azərbaycan üçün mühüm və əlamətdar ictimai-siyasi hadisələrlə zəngin olub.
Qeyd olunub ki, ötən il ərzində yerli özünüidarəetmənin inkişafı məsələləri diqqətdə saxlanılıb, bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl edilməsi, qanunvericiliyin tələblərinin pozulması hallarının, onları yaradan səbəblərin aradan qaldırılması, bələdiyyələrə göstərilən metodoloji köməkliyin gücləndirilməsi istiqamətində işlər davam etdirilib.
Diqqətə çatdırılıb ki, hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 102 min 831, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2557 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99 min 838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ-hüquqi aktların tələblərinə zidd olan 2594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. Ümumilikdə həm aktlar həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 2600-dən çox aktın dəyişdirilməsi və ya ləğv edilməsi təklif olunub. Bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4337 müraciətdən 463-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub.
Bildirilib ki, ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılması məqsədilə 2024-cü il ərzində Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən Prezident Administrasiyası, Milli Məclis və onun aidiyyəti komitələri ilə sıx əməkdaşlıq davam etdirilib.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova hesabatın ətraflı hazırlandığını, əvvəlki illərdən fərqli olduğunu, bir çox istiqamətlərdə görülən işlər, habelə gələcək planlar haqqında məlumat verildiyini bildirib.
Nazir müavini Toğrul Hüseynov müzakirələr zamanı səsləndirilən fikirlərin Ədliyyə Nazirliyi tərəfindən növbəti ildə hazırlanacaq məruzədə dəyərləndiriləcəyini və müvafiq işlərin görüləcəyini bildirib.
Sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, layihədə normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədi ilə dəyişikliklər təklif edilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Qeyd olunub ki, sənəddə nəzərdə tutulan dəyişikliklər texniki və terminoloji xarakter daşıyır, Qanunun mətninin ifadə tərzinin daha aydın və dəqiq olması məqsədi ilə təklif edilir.
Nurlan Həsənov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin mahiyyəti barədə danışıb.
Hər üç qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin digər 6 məsələsi ikinci oxunuşda qanun layihələri olub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini təqdim edib.
Həmçinin oxuyun
Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə söhbət açıb.
Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova “Sosial sığorta haqqında” Qanununda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.
Nurlan Həsənov Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin qalan məsələlərinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gündəliyin növbəti məsələsi olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Komitə sədri bildirib ki, layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsini və yeni normaların əlavə edilməsini nəzərdə tutur.
Gündəliyin on ikinci məsələsi olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
O bildirib ki, qanunun qüvvədə olan müddəalarına əsasən, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik təklif edilib.
Sonra Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar diqqətə çatdırıb ki, layihə hərbi qulluqçuların sosial rifahının bu sahədə inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi vasitəsilə yaxşılaşdırılmasına xidmət edir.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim edilən qanun layihəsi silahla, döyüş sursatı, partlayıcı maddələr və qurğularla davranma, onların dövriyyəsi sahəsində ictimai təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.
Azər Əmiraslanov isə “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Qeyd edilib ki, "Mühasibat uçotu haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2023-cü il 22 dekabr tarixli qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyən edilib. Buraya dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlar əsasında tənzimlənən vergi ödəyiciləri aid edilib. Bu gün təqdim edilən layihəyə əsasən, büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması təklif olunur.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.
20:23 / 13 May 2025
İmmuniteti gücləndirən möcüzə – Qırmızı kələmin FAYDALARI
1
20:20 / 13 May 2025
Jalə Həsənlinin adından pul qazanan “oğlan” ifşa edildi
3
20:17 / 13 May 2025
Tramp Suriya prezidenti ilə görüşəcək
2
20:12 / 13 May 2025
FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub
12
19:59 / 13 May 2025
Qətər prezidenti Boeing ABŞ-da narahatlıq yaradır
16
19:51 / 13 May 2025
Qanunsuz aborta görə cəza sərtləşdirilir
22
19:48 / 13 May 2025
Rusiya rəsmən açıqladı: Ukrayna ilə əlaqə var
27
19:42 / 13 May 2025
İki vəzifəyə təyinat oldu - FOTOLAR
38
19:32 / 13 May 2025
Yeni hərbi prokuror bu məmurun kürəkəni imiş
983
19:19 / 13 May 2025
Sabirabadda bir ay əvvəl yanğında xəsarət alan 13 yaşlı qız ölüb
24
19:10 / 13 May 2025
Zakir Həsənov onunla görüşdü
28
19:10 / 13 May 2025
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Rusiyaya qarşı sanksiyaların mümkün sərtləşdirilməsinə münasibət bildirib
26
18:59 / 13 May 2025
ABŞ Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə edir
25
18:47 / 13 May 2025
NATO Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşdən gözləntilərini bölüşüb
24
18:26 / 13 May 2025
Saleh Səmədov həmin hərəkətinə görə vəzifəsindən azad edildi
89
18:22 / 13 May 2025
Bu rayonlarda qaz olmayacaq — XƏBƏRDARLIQ
237
18:18 / 13 May 2025
Baş Prokurorluq açıqlama yaydı
46
18:05 / 13 May 2025
Pakistan Hindistanla atəşkəs razılaşmasına əməl edəcəyinə söz verib
46
18:04 / 13 May 2025
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
49
17:55 / 13 May 2025
Qaz olmayacaq
48
17:51 / 13 May 2025
Rusiyadan uçan təyyarədə dəhşət: Qadın öldü
61
17:45 / 13 May 2025
Serbiya Avropa Birliyinə daxil olmağı sürətləndirmək istəyir
53
17:35 / 13 May 2025
Hadisə yerinə baxış nədir?
47
17:33 / 13 May 2025
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb
38
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.